Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Yarımadada havanın temperaturu gecə 11-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 , gündüz 45-50 faiz olacaq.
AXİN.AZ