Hazırda qüvvədə olan qaydaya görə orta tibb işçiləri üçün əlavələr nəzərdə tutulub.
AXİN.AZ xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə “Bakıda reanimasiyada çalışan tibb bacısı nə qədər maaş alacaq və əlavələr nəzərdə tutulubmu?” sualını cavablandırarkən deyib.
O bildirib ki, mövcud qaydalara görə, reanimasiya şöbəsi, o cümlədən cərrahiyyə şöbəsinin əməliyyatxanasında çalışan orta tibb işçiləri 160 manat həvəsləndirici əlavələr alırlar:
“Bakıya gəldikdə isə bu məbləğin artırılması istiqamətində işlər görülür. Yaxın zamanda bu məbləğin artımı istiqamətində tədbirlər görüləcək”.