Rusiyanın İrkutsk vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
AXİN.AZ bu barədə TASS-a istinadən xəbər verir.
"Çeremxovski rayonunda, Rıssevo kəndindən iki kilometr aralıda, yüngül mühərrikli bir təyyarə tarlaya düşüb. Qəza nəticəsində pilot və sərnişin ölüb", məlumatda deyilir.
Məlumata görə, qəza təlim uçuşu zamanı baş verib.
Qəza nəticəsində hər hansı bir dağıntı qeydə alınmayıb.