Amerikalı müğənni-aktrisa Zoi Kraviç “The Pop” jurnalının üz qabığına çəkilib.
Axin.az xəbər verir ki, 31 yaşlı aktrisanın yarıçılpaq halda şəkilləri jurnalın İnstaqram səhifəsində yayımlanıb.
Fotoların birində Zoi çılpaq sinəsini güllərlə örtüb.
Digər fotoda isə rəssam aktrisanın bədəninə “body art” üslubunda jilet, köynək və qalstuk şəklini çəkib.
Qeyd edək ki, Zoi Kraviç musiqiçi Lenni Kraviç və aktrisa Liza Bonenin qızıdır.