Bakı sakinləri “Grandmart” marketlər şəbəkəsinin Xətai rayonu, Telnov küçəsində yeni mağazasının açılışı zamanı quraşdırılan səs sistemindən narazılıq ediblər.
Axin.az-ın məlumatına görə, yanvarın 31-də “Grandmart” marketlər şəbəkəsinin sözügedən ünvanda yeni mağazasının açılışı zamanı musiqilərin uca səslə səsləndirilməsi sakinləri narahat edib.
Onlar bildiriblər ki, marketin qarşısında yüksək səslə musiqi səsləndirilib, marketin içərisində isə tam sakitlik olub.
Sakinlər məsələ ilə bağlı şikayət etsələr də, buna əhəmiyyət verən olmayıb.