axin.az

SON DƏQİQƏ

Azərbaycanda siqaretin bahalaşması supermarketdə davaya səbəb oldu - VİDEO

2-02-2020, 11:40

Azərbaycanda siqaretin bahalaşması supermarketdə davaya səbəb oldu - VİDEO

Bahalaşma ilə bağlı marketlərdə siqaret davası başlayıb.

Axin.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Görüntülərdə vətəndaş “Araz” supermarketdən şikayət edir:



“İstifadə etdiyim “Maqna” siqaretini almaq üçün “Araz” supermarketinə girdim. Satıcı mənə 2 qutudan artıq siqaret sata bilməyəcəyini dedi. Səbəbini soruşdum. Bildirdi ki, rəhbərlik əmr verib ki, müştəriyə 2-3 qutudan artıq siqaret satılmasın. Bu, müştərinin gündəlik norması hesab edilir. Başa düşmürəm, mənim nə qədər siqaret çəkməli olduğumu nə vaxtdan mağaza təyin edir”.

Videogörüntülərin “Araz” Supermarketlər şəbəkəsinin İmişlidə yerləşən filialında çəkildiyi bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA