axin.az

SON DƏQİQƏ

Qadın sərnişin partlatmaqla hədələdi, təyyarə təcili eniş etdi - VİDEO

30-01-2020, 20:48

Qadın sərnişin partlatmaqla hədələdi, təyyarə təcili eniş etdi - VİDEOQadının partladacağı ilə bağlı hədələrindən sonra Moskvanın Domodedovo aeroportundə təcili eniş edən təyyarədən görüntülər paylaşılıb.

Kadrları “Mash” “Telegram” kanalı yayımlayıb.

Videoda hava gəmisindəki vəziyyət əks olunub.

Xatırladaq ki, Rusiyanın Simferopol şəhərindən Moskvaya uçan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.

Belə ki, göyərtədə olan sərnişinlərdən biri çantasında bomba olduğunu, özünü və təyyarədəkiləri partladacağını bildirib.

Qadın artıq hüquq mühafizəçiləri tərəfindən saxlanılıb. Onun üzərində heç bir partlayıcı qurğu aşkar olunmayıb. Ehtimal ki, qadın içkili olub.

Qeyd edək ki, təyyarədə 195 nəfər olub.

Qadın sərnişin partlatmaqla hədələdi, təyyarə təcili eniş etdi - VİDEO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA