Xəzər rayonu Buzovna qəsəbəsində yollar acınacaqlı vəziyyətdədir.
Axin.az xəbər verir ki, söhbət Maştağa-Buzovna yolu və yaxınlığında yerləşən Çiləgər adlanan ərazindən gedir.
Ərazidə nəinki piyadalar, eləcə də, nəqliyyat vasitələri çətinliklə hərəkət edir.
Redaksiyamıza verilən məlumata görə, sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, cavab ala bilməyiblər.
Həmin görüntüləri təqdim edirik: