axin.az

SON DƏQİQƏ

Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEO

25-01-2020, 17:49

Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEOTürkiyədə bir neçə nazir təbii fəlakətlə bağlı canlı yayımda açıqlama verməyə hazırlaşarkən zəlzələ baş verib. Həmin anlar kameralar tərəfindən qeydə alınıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, DİN rəhbəri Süleyman Soylu, Ətraf Mühit və Urbanizasiya naziri Murat Kurum və Səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsinə baxış keçiriblər, sonra isə açıqlama vermək üçün valilik binasına gəliblər. Canlı yayıma hazırlaşarkən isə yenidən yeraltı təkanlar başlayıb.

Xatırladaq ki, dünən Türkiyənin Elazığ və Malatya vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sır ayaşayış binası uçub. Dağıntılar altından qalan insanların çıxarılması davam etdirilir.

Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 22 nəfər həlak olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA