axin.az

SON DƏQİQƏ

Daha bir icra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT - VİDEO

16-01-2020, 23:35

Daha bir icra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT - VİDEOZaqatala rayonunun Əliabad kəndində yaşayan Fazil Cumayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Axin.az xəbər verir ki, Qarabağ əlili olan Fazil Cumayev müraciətində Zaqatala rayon icra başısı Mübariz Əhmədzadə və onun qanunsuz hərəkətlərindən şikayətlənib.

O bildirib ki, 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Mübariz Əhmədzadə ona, ümumiyyətlə Əliabad sakinlərinə qarşı haqsızlıqlar edir.

Fazil Cümayevin iddiasına görə, 15 il bələdiyyə sədri işləmiş Cəfər Əliyev Zaqatala rayon ittifaqının sədri, Əliabad bələdiyyəsinin üzvü Muradov Nəzir İbadulla oğlu ilə birlikdə, yəni dayı-yeznə bişləşərək Əliabadın ehtiyat fondunda olan torpaq sahələrini Əliabad qəsəbə sakinlərinin əlindən alıb digər kənd sakinlərində, vətəndaşlara 49 illiyə icarəyə veriblər.

Daha sonra şikayətçi bələdiyyə seçkilərinə üzv olmaq üçün sözügedən rayonda vəzifəli şəxslər tərəfindən böyük əngəllərlə qarşılaşdığını qeyd edib.

Axin.az daha ətraflı videomüraciətdə təqdim edir:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA