axin.az

SON DƏQİQƏ

Azərbaycanda uşaq anası tərəfindən vəhşicəsinə döyülüb? - VİDEO

14-01-2020, 17:33

Azərbaycanda uşaq anası tərəfindən vəhşicəsinə döyülüb? - VİDEOHəyat yoldaşımın psixologiyası normal deyil. Zəng edir ata-anasına. Polis çağırır üstümə. Onun da ailəsinin də bir az psixoloji problemləri var.

Bu sözləri uşaqlarının 41 yaşlı həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edən üç uşaq atası, 53 yaşlı Elşad “Gəl Dərdini Danış” adlı verilişdə deyib. O bildirib ki, uşaqlarını beş aydır görə bilmir:

“Üç ilə yaxındır ki, bu hadisələr davam edir. Bütün bunlara səbəb yoldaşımın ata və anasıdır. Yoldaşım onların təsiri altında qalır. Böyük oğlum Əli ikinci sinifdə, Məhəmməd birinci sinifdə oxuyur, İbrahimin isə dörd yaşı tamam olmayıb.

Ayın 16-da son məhkəməmiz olacaq. Mən uşaqlarımın o insanlarda qalmasının tam əleyhinəyəm. Mənim uşaqlarım o ailədə qalsa onların bütün həyatı, gələcəyi məhv olacaq. 9-10 ilə yaxındır ailəliyəm artıq onların necə bir insanlar olduğunu gördüm. Beş ay ərzində iki dəfə məktəblərinin qarşısına getdim. Uşaqları cırıq ayaqqabı, səliqəsiz üst-baş içində gördüm, dəli oldum”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA