Türkiyədə Daxili İşlər naziri Süleyman Soylunun burnundan canlı yayımda qan açılıb.
Bu barədə “Sözcü” kadrlar yayımlayıb.
Bildirilir ki, hadisə Türkiyədə Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəsinin “İdlibə Yardım Kampaniyası” konfransı zamanı baş verib.
Tədbir zamanı nazir özünü pis hiss edib. Onun burnundan qan açılanda isə yayım dayanıb.