Müğənni Damla faciəvi şəkildə qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın məzarını ziyarət etmək üçün Tovuza gedib.
Axin.az xəbər verir ki, sənətçi rayondan qayıdarkən avtomobil qəzası keçirib. İfaçının qolunun əzildiyi bildirilir.
Digər tərəfdən Damlanın Nərminin məzarını ziyarət etməsi bəzi müzakirələrə səbəb olub. Belə ki, sənətçi qəbrin ətrafına fırlanarkən həmin anları işçisi videoya çəkib.
Müğənninin video çəkdirib sosial mediada yaydırması özünü Nərminlə reklam etməsi kimi dəyərləndirilib. Damlanın bu addımı tənqid atəşinə tutulub.