axin.az

SON DƏQİQƏ

Namiq Mənanı mismarla öldürmək istəyiblər - Video

26-12-2019, 14:08

Namiq Mənanı mismarla öldürmək istəyiblər - VideoMeyxanaçı Namiq Məna ATV-də yayımlanan “Şou ATV” proqramına sui-qəsdə məruz qaldığını etiraf edib.

Axin.az xəbər verir ki, sənətçi bunun mismar vasitəsilə edildiyini deyib:

“Yeməyimin içinə mismar atmışdılar. İki il boğazımda qaldı. Ürəkbulanma verirdi. Rusiyada, burada həkimlərə getdim. Onlar aciz qalmışdı, tapa bilmirdilər. Dərdimin nə olduğunu bilmirdim. Gün ərzində 1-2 saat ayaq üstdə dura bilirdim. Çöpçüyə apardılar. Yoxladı, dedi ki, mismar yeyirsən? Halım yox idi, çox arıqlamışdım. Təzyiqim oynayırdı. Hiss edirdim ki, son günlərimdir. Çalışırdım ki, valideynlərimin yanında ölməyim. Mismar çıxarılandan sonra gözümə işıq gəldi. Pəncərəyə vurulan mismarlardan idi. İndiyədək saxlamışam”.

N.Məna sui-qəsdə cəhd edənin kimliyini bilsə də, bu barədə danışmaq istəməyib:

“Təxminən bilirəm ki, bunu kim edib. Bu sənət belədir. Onu bilirəm ki, həmin insanı Allah cəzalandırdı. Həqiqətən, həmin dövrdə böyük sürətlə irəliləyirdim. Mənə qarşı bunu etdilər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA