axin.az

SON DƏQİQƏ

UFC döyüşçüsünün sınmış çənəsinin rentgen görüntüsü fanatları qorxutdu - FOTO/VİDEO

19-12-2019, 12:35

UFC döyüşçüsünün sınmış çənəsinin rentgen görüntüsü fanatları qorxutdu - FOTO/VİDEO“UFC 24” turnirində Kamaru Usmanla döyüşdən sonra qarışıq döyüş sənətləri (MMA) üzrə amerikalı döyüşçü Kolbi Kovinqtonun sınan çənəsinin rentgen fotosu sosial şəbəkə istifadəçilərini qorxudub.

Fotonu “The Sun” yayımlayıb.

Kovinqton mübarizənin son iki raundunu sınmış çənə ilə keçirib. Beşinci raundda hakim mübarizəni dayandırıb və texniki nokautla qələbəni Usmana verib.
Rentgen şəklində amerikalının üzünün sol tərəfində böyük bir çat görmək mümkündür.

UFC döyüşçüsünün sınmış çənəsinin rentgen görüntüsü fanatları qorxutdu - FOTO/VİDEO


Fotodakı çatlar pərəstişkarları təəccübləndirib. “Sadəcə dəhşətli görüntüdür”, “Deyəsən, çənəsini üç yerdən qırıb”, “Usman, əlbəttə ki, onun çənəsini qəddarcasına sındırıb”, - deyə istifadəçilər yazıb.
Amerikalının bütün karyerası boyu keçirdiyi 17 döyüşdən 15 qələbə və iki məğlubiyyəti var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA