axin.az

SON DƏQİQƏ

Ata Abdullayevin nəşriyyatın binasından çəkiliş etməsi baş direktoru ÖZÜNDƏN ÇIXARDI — VİDEO

30-11-2019, 15:08

Ata Abdullayevin nəşriyyatın binasından çəkiliş etməsi baş direktoru ÖZÜNDƏN ÇIXARDI — VİDEOXəbər verdiyimiz kimi, tanınmış blogger Ata Abdullayev bu gün Azərbaycan nəşriyyatının binasına gedərək, oradakı vəziyyəti videogörüntü ilə sosial şəbəkələrdə canlı yayım edib.


Axin.az xəbər verir ki, canlı yayım zamanı Ata Abdullayev Azərbaycan nəşriyyatının və mətbuatın vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.


Eyni zamanda Ata Abdullayev Azərbaycan nəşriyyatının binasında otağları gəzərək, sosial şəbəkədə paylaşıb. Bu zaman binada heç kəs gözə dəyməyib.


Demokrat.az məsələ ilə bağlı “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənməyə çalışıb.


Bloggerin binaya gəlməsindən xəbərsiz olduğunu deyən baş direktor Ata Abdullayevin bu hərəkətlərinə çox əsəbi halda qısa cavab verib:


"Axı Ata Abdullayevi binaya kim buraxıbb?!...".


Daha sonra Ağabəy Əsgərov danışmaq istəməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA