axin.az

SON DƏQİQƏ

Səs yazısını yayan tapıldı: erməni təxribatçıya baxın - VİDEO

15-07-2020, 15:09

Səs yazısını yayan tapıldı: erməni təxribatçıya baxın - VİDEOBu şəkildə və videoda görünən şəxs ermənidir, əsl erməni.

Bu səsi ötən gündən Votsap mesencerdən tanıyırsınız - sürətlə yayılırdı.

İndi də videosuna baxın: diqqətlə baxın!

İdbar məxluq öz aləmində, guya ki, təxribat törədir, aramızda şayiə yayır, panika salır.

Siz onun kövrəlməyinə, ağlamağına, gözünün yaşına baxın. Belə artistlik istedadı heç Frunzik Mkrtıçyanda da olmayıb.

Bir az təcrübəsiz və təlaşa meyilli adam, əlbəttə, bunun bu saxta göz yaşlarına inanacaq, yaydığı dezinformasiyaları ciddi qəbul edəcək, elə biləcək ki, 812-ci diviziyanı gerçəkdən də dağıdıblar və xeyli itki vermişik.

Əslində isə adı çəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb.

Bu, onu göstərir ki, yaramazlar informasiya müharibəsinə yaxşı hazırlaşıblar. "Artist"in ana dilimizdə belə sərbəst danışması da bunu göstərir.

Ancaq həmvətənlərimiz bilsinlər ki, indi də, bundan sonra da cəbhə xəttindən gələn heç bir xəbərə dərhal inanmaq, hələ onu ciddiyə alıb yaymaq lazım deyil.

Müharibədir, Allah iraq eləsin, qara xəbər olanda özümüz yarım saat tez, yarım saat gec, xəbər verəcəyik. Ciddi informasiya qaynaqlarına güvənin və təxribatlara uymayın.

Düşmən gözünüzün önündədir və o, bur cür "artistlikləri" yaxşı bacarır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA