Türkiyənin Ərzincan vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, avtobus Ərzincan-Sivas marşrutu ilə hərəkət edib.
Hadisə nəticəsində yaralanan 19 nəfər xəstəxanaya çatdırılıb. Xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar var.