Təxminən bir əsrdən çox yaşı olan tikililərdə hazırkı vəziyyət heç də ürəkaçan deyil.
Mənzillər yaşayış yerindən çox, viranəni xatırladır. Çatlamış divarlar, sökülmək üzrə olan pilləkənlər və tavanlar...
Söhbət hər kəsin “Sovetski” kimi tanıdığı yaşayış massivindən gedir.
Məsələ ilə bağlı Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildiriblər ki, sakinlərin narahatlığına əsas yoxdur. Təmir-bərpa davam etdikcə növbəli şəkildə binaların içində də yenidənqurma işləri aparılacaq:
“Bakı şəhərində Vidadi, Bəşir Səfəroğlu küçələrində təmir-bərpa işləri görüləcək. Bu küçələrdə binaların xarici, daxili fasadı, pilləkənləri, həyətləri, dam örtükləri yüksək səviyyədə təmir olunacaq”.