axin.az

SON DƏQİQƏ

İzmirdə məsciddə "Bella çao" səsləndirildi - Videolar

22-05-2020, 14:23

İzmirdə məsciddə "Bella çao" səsləndirildi - VideolarÖtən gün izmirdə məscidlərdə hər kəsi təəccübləndirən hadisə yaşanıb.

Axin.az türk mediasına istinadən xəbər verir ki, məscidlərdən birində səsgücləndiricilər vasitəsilə Azan yerinə məşhur italyan mahnısı "Bella Ciao" səsləndirilib. İnsanlar çəkdikləri görüntüləri sosial şəbəkədə yayımlayıb.

Amma hadisə bununla bitməyib. Başqa bir vaxtda isə məsciddə yenidən Selda Bağçanın ifası səsləndirilib. Məsciddə bəzi parolların sındırılıb bu addımı atanların tezliklə tapılması tapşırılıb. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

İzmir müftülüğü və baş prokurorluq məsələ ilə bağlı tapşırıqlar veriblər. Onlar bunun qəsdən edildiyini söyləyiblər.

Məsciddə mahnı səsləndirilməsi təkcə İzmirdə yox, bütün Türkiyədə səs-küyə və tənqidlərə səbəb olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA