axin.az

SON DƏQİQƏ

Bakı-Quba yolunda yük maşınlarının sürücülərinin özbaşınalığına niyə göz yumulur? - VİDEO

20-05-2020, 10:57

Bakı-Quba yolunda yük maşınlarının sürücülərinin özbaşınalığına niyə göz yumulur? - VİDEOYük maşınları avtomagistralda digər avtomobillərə maneə törədir.

Axin.az xəbər verir ki, video Bakı-Quba yolunda qeydə alınıb.

Paylaşım edən şəxs yük maşınlarının yolun sol zolağı ilə hərəkət etməsindən şikayətlənib:

“Yük maşınları yolun sağ zolağı ilə getməlidir. Yolları bərbad vəziyyətə salıblar. Digər hərəkət iştirakçılarına mane olurlar. Yolun sol zolağı ilə hərəkət edən yük maşınları arxadan gələn avtomobillərə ötmə əməliyyatı etməyə də imkan yaratmırlar. Ard-arda bir neçə yük maşını yolun sol zolağı ilə hərəkət edir”.

Videoda sol zolaqda hərəkət edən 99-JK-570 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşınının qarşıdakı nəqliyyat vasitəsini sağdan ötməsi də görünür.

Şikayətçi bu vəziyyətin yaranmasında yol polisi əməkdaşlarını ittiham edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA