axin.az

SON DƏQİQƏ

“Avroviziya” təmsilçimiz açıq-saçıq rəqsi ilə gündəmdə - VİDEO

16-05-2020, 12:30

“Avroviziya” təmsilçimiz açıq-saçıq rəqsi ilə gündəmdə - VİDEO
Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən müğənni Səmra Rəhimli yeni layihəsi üçün kamera önünə keçib.

Axin.az xəbər verir ki, klip çəkilişlərinə başlayan ifaçı xarici mahnı sədaları altında ehtiraslı rəqsi ilə diqqət çəkib.

Açıq-saçıq kamuflyaj kostyumda, qeyri-adi saç düzümü və alnına çəkdirdiyi böyük göz işarəsi ilə özünü videoya çəkən Səmra görüntülərini sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Səmranın imic dəyişimi üzərində məşhur stilist və vizajist Elnur Həsənov çalışıb.
S.Rəhimlinin “Parlayıram brilyant kimi, qururam pis plan” şərhi ilə paylaşdığı video sosial media əhlinin qəzəbinə tuş gəlib.

Onlar “Şeytana oxşayırsan”, “Özünü Cardi Bi-yə oxşadırsan?”, “Necə də seksualsan”, “Baş gedib. Bədən qalıb yiyəsiz” kimi rəylərlə müğənnini şərh yağışına tutublar.

S.Rəhimli yazılan mənfi rəylərə heç bir reaksiya verməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA