axin.az

SON DƏQİQƏ

Elza aparıcı ilə dalaşıb efiri tərk etdi - Video

16-05-2020, 09:36

Elza aparıcı ilə dalaşıb efiri tərk etdi - Video
ARB-də yayımlanan "Elgizlə izlə" proqramında Əməkdar artist Elza Seyidcahanla aparıcı Pərvanə Tahirqızı arasında mübahisə düşüb.
Axin.az xəbər verir ki, müğənni fərqli obrazlarından danışaraq onu təkrarlayanların olduğunu söyləyib.

Pərvanə isə buna etiraz edərək "Kimsə fərqli obraz edirsə, demək Elza Seyidcahanı təkrarlayır? Yanlış fikirdi. Hollivud ulduzları var ki, avanqard geyinir, başlarına şamdan qoyurlar. Mən də sabah fərqli stil edəcəm, o demək deyil ki, Elza xanımı təkrarlayıram. O da kimdənsə görüb götürüb. Yuxudan oyananda özünü belə görməyib" sözlərini söyləyib.

"Bəli, anadan belə doğulmuşam. Mənim vikipediyama baxsanız, görərsiniz. Oranı yaxşı izləyin" cavabını verib.

Aparıcı isə "Mənim az yox, düz 32 yaşım var. Sizi əvvəl belə görməmişəm. Vikipediyanıza da yaxşı baxmışam" deyib.

Proqramın digər aparıcısı Elgiz Əkbər isə mübahisəni sakitləşdirmək üçün reklam fasiləsi elan edib. Reklamlardan sonra isə Elgiz fasilə zamanı mübahisənin şiddətləndiyini və Seyidcahanın küsərək efirdən çıxıb getdiyini açıqlayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA