axin.az

SON DƏQİQƏ

AZTV-yə müsahibə verən koronavirus xəstəsi vəfat etdi - VİDEO

14-05-2020, 15:09

AZTV-yə müsahibə verən koronavirus xəstəsi vəfat etdi - VİDEOAzərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

"MediaPost"un əldə etdiyi məlumata görə, onlardan biri Hacı İlham Şükür oğlu Əsgərovdur. İ.Əsgərov bir neçə gün öncə AZTV-yə müsahibəsində səhhətində müsbətə doğru dəyişikliyin olduğu ilə bağlı məlumat verib.

İlham Əsgərov 1961-ci il sentyabrın 5-də anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Cəlilabad rayonunun Alar kəndində dil-ədəbiyyat müəllimi işləyirdi. Müntəzəm olaraq mətbuatda şeir və hekayələrlə çıxış edirdi, ədəbi proses haqqında tənqidi məqalələr yazırdı. Hacı İlham Əsgərov publisistik yazılarında həmişə cəmiyyəti düşündürən ciddi problemləri qaldırırdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA