axin.az

SON DƏQİQƏ

70 yaşlı məşhur dizayner zahiri görünüşü ilə hamını mat qoydu - VİDEO

13-05-2020, 10:23

70 yaşlı məşhur dizayner zahiri görünüşü ilə hamını mat qoydu - VİDEOToy paltarları kolleksiyası ilə məşhurlaşmış dizayner Vera Vonqun karantin günlərində “Instagram” hesabından paylaşdığı şəkillər sosial şəbəkələrdə böyük maraq doğurub.

Axin.az bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, iyunun 27-də 71 yaşını qeyd edəcək dizayner əvvəllər fiqurlu konkisürmə ilə məşğul olub.

“Dəbli ailəsi” ilə özünü təcrid edən Vera Vonq hər gün məşq etdiyini deyib.

Dizaynerin pərəstişkarları heyranlıqlarını gizlədə bilməyiblər. Onun paylaşdığı şəkillərin altından “Eşitmişik ki, sizin 70 yaşınız var. Xanım, siz bunu necə etmisiniz? Qocalığa qarşı hansı sehrli iksiri qəbul etmisiniz?”, “İlahə”, “Bu inanılmazdır”, “Əgər onun kimi qocalmayacağamsa, o qədər yaşamaq istəmirəm”, “Möhtəşəm qadın”, “Siz, ümumiyyətlə, realsınız?” kimi şərhlər yazılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA