axin.az

SON DƏQİQƏ

Məhbuslar özlərini qəsdən koronavirusa yoluxdurdular - VİDEO

12-05-2020, 12:17

Məhbuslar özlərini qəsdən koronavirusa yoluxdurdular - VİDEOABŞ-ın Los-Anceles şəhərində məhkumlar vaxtından əvvəl həbsxanadan çıxmaq üçün özlərini qəsdən koronavirusa yoluxdurublar.

Bu barədə “Sky News” telekanalı xəbər yayıb.

Bildirilir ki, ötən ay təcridxanada məhkumlar temperaturlarını qaldırmaq üçün bir qabdan isti su içiblər, həmçinin, maskalarını bir-biri ilə dəyişiblər. Bu barədə penitensiar müəssisədə quraşdırılan müşahidə kameralarının videoyazılarını araşdırdıqdan sonra məlum olub.

Bu hadisədən bir həftə sonra 21 məhkumda koronavirus aşkarlanıb.

Qeyd edək ki, mart ayından etibarən ABŞ həbsxanalarında koronavirusun yayılmasının qarşısının alınması məqsədilə məhkumların azadlığa buraxılması barədə qərar qəbul edilib, az ağır cinayət törədənlərin, habelə yetkinlik yaşına çatmayanların, qocaların və xəstələrin sərbəst buraxılması planlaşdırılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA