axin.az

SON DƏQİQƏ

Bakıda yol polisinin tələblərinə məhəl qoymayan sürücü həbs olundu - VİDEO

11-05-2020, 17:06

Bakıda yol polisinin tələblərinə məhəl qoymayan sürücü həbs olundu - VİDEOBakıda kobud qayda pozuntusu edən sürücü həbs olunub.

Bu barədə “Axin.az”a Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, mayın 9-u səhər saatlarında “VAZ 2107” markalı 10-NR-230 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün digər hərəkət iştirakçıları, xüsusilə də sürücülər tərəfindən ona irad edilib:

“Başqa sürücülərin etdiyi iradlara cavab olaraq, o, üzr istəmək əvəzinə, qaydaları daha da kobud şəkildə pozmağa davam edib. Görüntülər şəhərin təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alındığına görə, həmin sürücünün saxlanılması üçün müvafiq tədbirlər həyata keçirilib”.

V.Əsədov qeyd edib ki, sürücü saxlanılıb. Məlum olub ki, bu şəxs 1988-ci il təvəllüdlü Bakı şəhər sakini, Nəsimi rayonu üzrə qeydiyyatda olan və hazırda Yasamal rayonunda yaşayan Qayıbov Nicat Rövşən oğludur. O, soyuducu təmiri ustası kimi fəaliyyət göstərir.

“Onun barəsində toplanılan sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, N.Qayıbova 10 sutka həbs cəzası verilib. Hazırda o, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA