axin.az

SON DƏQİQƏ

“Günəşli”dəki qəzada itkin düşən neftçilərin cəsədləri bu ərazidən tapıldı - VİDEO

8-05-2020, 13:03

“Günəşli”dəki qəzada itkin düşən neftçilərin cəsədləri bu ərazidən tapıldı - VİDEO2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın zamanı ölən şəxslərdən ikisinin meyitinin tapıldığı ərazi məlum olub.

Axin.az-ın xəbərinə görə, itkin düşən neftçilərdən ikisinin cəsədi sözügedən yataq ərazisindəki neft nəql borularının cari vəziyyəti təftiş edilərkən BP platformaları istiqamətindən tapılıb.

Onların üzərindəki sənədlərdən məlum olub ki, sözügedən cəsədlər qəza nəticəsində itkin düşən neftçilərdir.

Bu gün onların nəşinin torpağa tapşırılması gözlənilir.

Bildirilir ki, onların dəfninə SOCAR tərəfindən yardım ediləcək.

Qeyd edək ki, cəsədi tapılan neftçilər -1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA