axin.az

SON DƏQİQƏ

Bakı və Abşeronda beş avtomobil qaçıran şəxslər yaxalandı - VİDEO

7-05-2020, 15:00

Bakı və Abşeronda beş avtomobil qaçıran şəxslər yaxalandı - VİDEOAbşeron rayonu Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsi qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Avtomobilin sahibi bu barədə polisə məlumat verən kimi nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonunun ərazisində olduğu müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov tutularaq, məsuliyyətə cəlb olunublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa, paytaxt ərazisində daha üç ədəd “VAZ 2107” və bir ədəd “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar. T.Atakişiyev və H.Əkbərov ifadələrində maşınları sökərək, ehtiyat hissələri halında satmaq üçün qaçırdıqlarını bildiriblər.

Amma onlar oğurladıqları avomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olunaraq sahiblərinə qaytarılıb. Polis Bölməsində araşdırma aparılan zaman T.Atakişiyevin paytaxtın Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Atakişiyev və H.Əkbərovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA