Yunanıstanda tibb işçiləri fərdi müdafiə vasitələrinin çatışmazlığına görə etiraz aksiyası keçirib.
Bu barədə RT xəbər yayıb.
Bildirilir ki, aksiya iştirakçıları Səhiyyə Nazirliyinin binasının yaxınlığında və Afinada Sintaqma meydanında toplaşıblar.
Qeyd edək ki, Yunanıstanda koronavirusa 2 566 yoluxma halı müəyyən edilib. Bu günə qədər 138 nəfər ölüb, 577 nəfər isə sağalıb.