Qazaxıstanda karantin rejiminə baxmayaraq kütləvi diskoteka təşkil edilib.
Bu barədə “Sputnik” xəbər yayıb.
Bildirilir ki, tədbir Karaqanda şəhərində baş tutub.
Məlumata görə, artıq diskotekanın təşkilatçıları müəyyən edilib. Onları cərimə və 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.