Şahzadə Harri və aktrisa həyat yoldaşı Meqan Markl karantin müddətini Amerikanın Los-Anceles şəhərində keçirirlər.
Axin.az xəbər verir ki, cütlük pandemiyaya görə evdən çıxa bilməyən vətəndaşlara ərzaq göndərən “Angel Food” şirkətində könüllü olaraq kuryer kimi işləməyə qərar verib.
Hər şeyi anonim şəkildə etmək istəyən ər-arvad Hollivud küçələrinin birində təhlükəsizlik kameralarına düşüb.
Virusdan qorunmaq üçün onlar maska və əlcəkdən də istifadə ediblər.
Layihənin direktoru Riçard Əyyub könüllü olaraq Harri və Meqanın xeyriyyə məqsədi ilə ona müraciət etmələrini etiraf edib.
O, hətta cütlüyün onun təşkilatını seçdiyinə görə çox təəccübləndiyini bildirib.