Rusiyada maraqlı hadisə yaşanıb.
Axin.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda mart ayının ən yaxşı oyunçusu seçilən “Zenit”in futbolçusu Malkoma mükafat dron vasitəsi ilə çatdırılıb. Fanatlar koronavirus pandemiyası səbəbindən belə bir addım atıblar.
23 yaşlı braziliyalı hücumçu mükafata görə təşəkkür edib və azarkeşlərə “Evdə qal” çağırışı edib.