axin.az

SON DƏQİQƏ

Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı gedir? - VİDEO

29-03-2020, 17:17

Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı gedir? - VİDEOBir neç aydır Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Uğur-2” yaşyış kompeksi sakinlərinin yuxusu ərşə çəkilib...

Xeber.de-nin məlumatına görə, buna səbəb yaşayış kompkesinin yanında aparılan qanunsuz tikintidir.

Sakinlərin sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan və “Uğur-2” yaşyış kompeksinə aid olan altıncı binaya bitişik ərazidə “Avtoyuyucu” inşa edilir.

Xeber.de-yə müraciət edən sakinlərin iddialarına görə, qanunsuz tikinti ilə bağlı “Uğur-2” yaşyış kompeksinin aid olduğu “Akkord” şirkətlər qrupu lazımı dövlət qurumlarına sakinlər adından müraciət edib. Ancaq bundan sonra “Avtoyuyucu”nun tikintisi üçün işləri gecələr görməyə başlayıblar.

Sakinlər tərəfindən saytımıza göndərilən videoda “Azərbaycan Dəmir Yolları” QSC-yə aid ərazidəki köhnə vaqonların, dəmiryolu relslərinin sökülərək daşınması, ərazidə ağır tonnajlı, səs-küylü qaldırıcı kranların işləməsi görülür.

Sakinlər deyir ki, koronavirusla bağlı karantin rejiminə riayət etmək üçün evlərinə çəkiliblər. Ancaq bu “Avtoyuyucu”nu tikənlər onların istirahətini pozur, gərginlik yaradırdırlar.

Sakinlər iddia edir ki, “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov bu əməli ilə birbaşa Prezident İlham Əliyevin koronavirusla bağlı sərəncamına qarşı çıxır.

“Respublikadakı karantin rejiminə “Uğur-2” sakinləri riayət etməyə çalışır. Ölkə başçısının bununla bağlı sərəncamı və göstərişləri var. Bu adamlar kimdir bilinmir. Gecə 12, 1, 2, 3 demirlər… Kaldırıcı kranların səsindən yata bilmirik. “Akkord”rəhbərliyi də bu adamlara bata bilmir. Cavid Qurbanova arxalanan bir sürücü bu boyda həngamə çıxarır, dövlət idarələri də susur. Əvvəl deyirdilər ki, yalnız “Avtoyuyucu” tikiləcək. Araşdırdıq və məlum oldu ki, ərazidə ticarət mərkəzinin tikintisinə hazırlıq gedir. Necə gündür gecə saatlarında köhnə vaqonları, dəmiryolu relslərini kəsib-doğrayıb, ərazini boşaldırlar”- deyə sakinlər bildiriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA