Sumqayıtda kanalizasiya suları küçəyə axıdılıb.
Axin.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Paylaşımda vətəndaş 30 ildir bu problemlərdən əziyyət çəkdiyini qeyd edib:
“Sumqayıt şəhərində yaşayırıq. 30 ilə yaxındır zirzəmiyə yığılan suların qarşısı alınmır. Birinci mərtəbədə yaşayırıq. Ömrümüz rütubətdə, kanalizasiya iyindən boğulmaqla keçir. Nə sirrdirsə, bu boyda məhəllədə bizim binadan başqa heç birinin kanalizasiya xətti partlamır. Zirzəminin qapısı da yoxdur. Dəfələrlə qapı qoymuşuq, onu da sındırırlar.
“Azərsu”ya müraciət etmişik. Gəlib zirzəmiyə dolan suyu boşaldıblar. Amma təəssüf ki, həmin çirkli suyu pəncərənin altına töküblər. İnsanların evdən çıxmasına qadağa qoyulan bir zamanda üfunət iyindən pəncərəni açıb hava ala bilmirik”.