Sərnişinlər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda qoyulan dispenserlərə spirt əvəzinə su doldurulduğunu iddia edirlər.
Bu barədə görüntülər Axin.az-ın redaksiyasına göndərilib.
Sərnişinlər iddia edirlər ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda dispenserlərə su doldurub, vətəndaşları aldadırlar:
“Dispenserin içərisinə su doldururlar. Sərnişinlərlə dispenseri açdıq, spirt qoxusu gəlmir. Məsələ ilə bağlı hansı quruma şikayət edəcəyimizi bilmirik”.