axin.az

SON DƏQİQƏ

Abbas həmin müğənniləri "virus" adlandırdı - Video

24-03-2020, 13:20

Abbas həmin müğənniləri "virus" adlandırdı - Video"Bizim də başqa bir virusla mübarizəmiz var. Bu da indi zövqsüz musiqiləri oxuyanlardır. Onlara mən virus deyirəm. İnsanların zövqünü korlayanlardır".
Axin.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov "Söhbət var" verilişində deyib. Müğənni bayağı mahnı oxuyanları tənqid edib.
Abbas hazırda trendə düşən mahnıların ifaçılarını "virus" adlandırıb:

"Bu virusla ciddi mübarizə aparırıq. Həddindən artıq çətindir. İnsanları bir musiqiyə öyrəşdirəndə onu dinləyib, o tərzdə tələb edirlər. Buna qarşı heç bir vaksin yoxdur. Hərdən insanı ruhdan salır. Baxırsan ki, elə musiqiyə tələbat var ki... Yol gedəndə avtomobildə elə mahnıya qulaq asırlar ki, kədərlənirsən. Xaricdən gələn o mahnını eşidəndə, deməyəcək, bunların musiqisi budur?".



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA