Şamaxının Dəmirçi kənd sakini, 70 yaşlı numizmat Nəbi İsgəndərov 50-dən çox ölkənin pullarından ibarət kolleksiya yaradıb.
Axin.az xəbər verir ki, o, pul kolleksiyası toplamağa uşaq yaşlarından maraq göstərib.
N.İsgəndərov, əsasən, Türkiyə, Rusiya, İraq, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ölkələrin əskinaslarını qoruyub saxlayır.
Kolleksiyada Azərbaycanda dövriyyədə olmuş qədim pullar da mövcuddur. Həmin pullardan biri də qədim beş yüz manatlıqdır. Bu əskinasın üzərində dörd qrafikada - kiril, latın, ərəb və fars qrafikaları ilə yazı çap olunub. 500 rəqəminin üzərində isə xaçlar həkk olunub.
N.İsgəndərov bildirir ki, ona nə qədər pul təklif etsələr də, əskinasları kimsəyə satmayıb və bu tarixi övladlarına miras qoyacaq.