“İbrahimin danışmaqla arası yoxdur. Evdə də elədir. Qaraqabaq, sakit uşaqdır”.
Axin.az xəbər verir ki, bu sözləri müğənni Damla ATV-də yayımlanan “Zaurla Günaydın” səhər şousunda deyib.
Sənətçi İbrahimin qapalı uşaq olduğunu söyləyib:
“Onun alış-veriş, geyimi ilə mən məşğul oluram. Dərsləri ilə yaxından maraqlana bilməsəm də, müəllimləri ilə mütəmadi əlaqə saxlayıram. O, çox qapalı uşaqdır. Biz onu məcbur edirik ki açılışsın, efirlərə çıxsın. O, qapalı olmasında mənə oxşayıb. Amma atasına daha çox bənzəyir”.
Damla keçmiş həyat yoldaşının oğlu ilə sıx münasibətdə olduğunu bildirib:
“Oğlumun tərbiyəsi ilə atası şəxsən məşğul olur. Onlar tez-tez görüşürlər. İbrahim atasının yanında olanda çox rahat oluram. Vaxtım olmayanda atası onunla məşğul olur”.
Qeyd edək ki, Damla (Məsumə Məmmədova) övladının atası Ceyhun Əliyevlə bir il evli olub. 2017-ci ildə cütlük boşanıb.