Bakı-Sumqayıt yolunda “Renault” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.
Axin.az xəbər verir ki, sürücü “Ekologiya postu”ndan keçdikdən sonra sola və sağa manevr edərək, hərəkətin digər iştirakçıları üçün təhlükə yaradıb.
Videoda avtomobilin dövlət nömrə nişanının çirkli olduğu da aydın görünür. Qarşıda YPX avtomobilini görən sürücü sürəti azalsa da, sonradan yenə eyni manevrlər edərək qaydaları pozmağa davam edib.