Rusiyanın Kalininqrad şəhərində dörd şəxs dostlarına pis xidmət göstərilən kafeyə gələrək, dava salıb, travmatik silahla bir neçə şəxsi yaralayıb.
REN TV məlumat verir ki, hadisəni törədən şəxslər dostları ilə kobud rəftar edən şəxslə münasibətləri həll etməmiş kafedə olan digər şəxslərlə dava etməyə başlayıblar.
Kütləvi dava zamanı travmatik silahdan atəş açılıb. Nəticədə, üç nəfər xəsarət alıb, yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Kafedə olan müşahidə kameralarının köməyi ilə hadisəni törədən şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib.