Türkiyənin Uşak vilayətində azərbaycanlı tutulub.
Haberler.com-un verdiyi məlumata görə, azərbaycanlı Bülent Ertuğrul adlı türkiyəli ilə şirniyyat dükanına və avtomobilə molotov kekteyli atıb.
Onların molotov kokteylini atdıqları şirniyyat dükanı və onun qarşısında olan avtomobil Ertuğrulun qardaşına məxsus olub.
Bu hadisə müşahidə kameralarına düşüb.
Hadisəni törədən şəxslər tutulub.
Mağaza və avtomobilin sahibi olan şəxs qardaşının bundan əvvəl ona bıçaqla hücum etdiyini bildirib.