axin.az

SON DƏQİQƏ

“Kobra Pərviz”in rəqibi göz yaşları içində yalvardı: “Mənim üçün çox ağır oldu” - VİDEO

15-02-2020, 14:25

“Kobra Pərviz”in rəqibi göz yaşları içində yalvardı: “Mənim üçün çox ağır oldu” - VİDEOProdüser və aparıcı Acun Ilıcalı Türkiyənin TV8 telekanalında ilk bölümü sabah yayımlanacaq “Survivor” proqramı ilə bağlı sosial şəbəkə hesabında video yayıb.

Bu barədə Sondakika.com nəşri məlumat yayıb.

Acun Ilıcalı çəkilişlərin beşinci günündə aclıqdan göz yaşlarını saxlaya bilməyən iştirakçının görüntülərini paylaşıb.

“Könüllülər” komandasının iştirakçısı Evrim Keklik aclıqdan göz yaşlarına boğulub və “anam görməsin” deyib.

“Həqiqətən, çox pisəm. Ancaq bu gün bir az daha yaxşıyam. Bunları anam görməsin. Çox çətindir. Ağlamağa belə gücüm yoxdur. Su içmək ürək bulandırır. Söhbət etmək, çay, qəhvə içmək istəyirəm. Əhvalım çox pisdir. Xahiş edirəm, mənə bir fincan qəhvə verə bilərsiniz? Bir insanla adadan kənarda söhbət etmək istəyirəm. Bura mənim üçün çox ağır oldu. Yastıq yoxdur, boynum ağrıyır”, - deyə E.Keklik bildirib.

Xatırladaq ki, Kikboks üzrə dünya çempionu, “Qəbələ” İdman Klubunun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) Türkiyənin məşhur “Survivor” yarışmasına qatılıb. “Kobra Pərviz” adı ilə tanınan idmançımız yarışmada “Məşhurlar” komandasında mübarizə aparacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA