axin.az

SON DƏQİQƏ

Ərdoğan danışdı, millət vəkilləri əlləri ilə masanı döyəclədilər - VİDEO

14-02-2020, 18:13

Ərdoğan danışdı, millət vəkilləri əlləri ilə masanı döyəclədilər - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfər edib. Səfər çərçivəsində parlamentdə çıxış edən prezident maraqlı vəziyyətlə üzləşib. Belə ki, millət vəkilləri onun çıxışı zamanı tez-tez əllərini masaya döyəcləyiblər. Bəziləri bunu etiraz kimi başa düşsələr də, sonradan baş verənlərin alqışlamaq mənası verdiyi aydınlaşıb.
Qardaş ölkənin prezidenti çıxışı zamanı ABŞ-lı həmkarı Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən 28 yanvarda dünya ictimaiyyətinə təqdim edilən “Əsrin müqaviləsi” barədə də danışıb:

“Pakistanda özümüzü yad hiss etmirik. Buranı da öz evimiz bilirik. Aramızda qardaşlıq münasibəti var, əlaqələrimiz yeni deyil. Tarixi keçmişimiz var. Sizi sevməyib kimi sevəcəyik, kimə məhəbbət göstərəcəyik? Pakistan xalqının azadlıq müharibəsi zamanı etdiklərini unutmadıq. Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA