axin.az

SON DƏQİQƏ

Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir - VİDEO

14-02-2020, 19:00

Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir - VİDEOBakının Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir.

İnşaat işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

Bununla bağlı "Axin.az"a açıqlama verən Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyadalar üçün bu ərazidə hərəkət etmək, yolu keçmək həmişə problem olub və mütəmadi olaraq təmsil etdiyi quruma şikayətlər ünvanlanıb. Buna görə də, piyada keçidinin tikilməsinə qərar verilib.


"Keçidin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır. Tiblisi prospekti üzərindən hər birinin uzunluğu 70,9 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,3 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir. Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb. Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrikli pandusların qoyulması nəzərdə tutulub", - o qeyd edib.

A.Nəcəfli onu da deyib ki, 2018-2019-cu illərdə Bakıda və onun ətrafında, magistrallar yollarda 7 yerüstü və yeraltı piyada keçidi inşa edilərək istifadəyə verilib: "Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan da bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub”.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA