Müğənni Emil Bədəlov "Şou ATV" verilişinin qonağı olub.
Axin.az xəbər verir ki, proqramda ifaçının müğənni atası haqda süjet yayımlanıb. Atasının görüntülərini görən Emil kövrəlib.
Sənətçi bildirib ki, atası sağ olsaydı, heç vaxt müğənnilik etməzdi:
"Atam sağ olsaydı, oxumazdım. Bir növ bu sənəti atamın yadigarı kimi davam etdirdim. Bəlkə heç atam da qoymazdı oxuyum. Çünki bu sənət çox ağırdı".