axin.az

SON DƏQİQƏ

Güc strukturlarının nümayəndələri "oğru salamı" verdilər - VİDEO

12-02-2020, 17:53

Güc strukturlarının nümayəndələri "oğru salamı" verdilər - VİDEORusiyada güc strukturları nümayəndələrinin ziyafəti zamanı “A.U.E! Yaşasın oğrular!” şüarları səsləndirilib.

“Axin.az” “Komsomolskaya Pravda” qəzetinə istinadən bildirir ki, hadisə Rusiyanın Tümen vilayətində qeydə alınıb.

“Yaşasın oğrular!”, “A.U.E!” şüarları altında kameraya gülən və poz verən Rusiya İstintaq Komitəsinin Tümen vilayəti İstintaq İdarəsinin müstəntiqi Rafik Aqliullin və onun xidməti yoldaşlarıdır. “Instagram”da yayılan bu videoda onlar R.Aqliullinin rütbəsinin artırılmasını bayram edirlər.

Videoda Rafikdən başqa, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Tümen vilayəti üzrə rəisi Aleksey Uşatıy, onun müavini Artur Ruzeyev və daha çox "Denis Tatarin" ləqəbi ilə məşhur olan videonun müəllifi Denis Devkin də lentə alınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA