Moskvanın Kutuzov prospektində taksi ilə mikroavtobusun toqquşduğu qəzanın görüntüləri yayımlanıb.
REN TV məlumat verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, altı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra prospektdə hərəkət tamamilə dayandırılıb.
Rusiya DİN-in Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi hadisənin başvermə səbəblərini araşdırır.