Məktəb müəlliminin dərs zamanı uşaqlara söyüşün düzgün yazılma qaydasını öyrətməsi barədə video sosial mediada böyük müzakirələrə səbəb olub.
Kadrları “NewsBox24” yayıb.
Görüntülər Rusiyanın Ussuriysk şəhərində qeydə alınıb.
Məlumata görə, valideynlər müəllimi direktora şikayət ediblər, lakin ona qarşı sadəcə, şifahi xəbərdarlıq irəli sürülüb.
O da vurğulanır ki, Primorsk diyarının prokurorluğu videonun yayılmasından sonra yoxlamalara başlayıb.