axin.az

SON DƏQİQƏ

Akademiyanın strateji əhəmiyyətli innovativ layihələri müzakirə olunub

13-01-2020, 13:19

Akademiyanın strateji əhəmiyyətli innovativ layihələri müzakirə olunubAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev AMEA Yüksək Texnologiyalar Parkının bir qrup alim və mütəxəssisi ilə görüşüb.

AMEA-dan Axin.az-a bildirilib ki, akademiyada innovasiyayönümlü tədqiqat və tətbiqi işlərə xüsusi əhəmiyyət verildiyini qeyd edən akademik Ramiz Mehdiyev bu istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələrin hazırlanması və icrasının həyata keçirilməsinin daha da inkişaf etdirilməsi üzrə yeni elmi və tətbiqi istiqamətlərin xüsusi əhəmiyyətini vurğulayan akademik Ramiz Mehdiyev qarşıdakı mərhələdə tədqiqat-layihə işlərinin sürətləndirilməsi və müvafiq dövlət orqanları, sahibkarlıq subyektləri və elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri doktoru Elton Məmmədov verilən tapşırıqların yerinə yetirilməsi vəziyyəti, nəzərdə tutulan işlərin səmərəliliyini artırmaq məqsədilə qarşıda duran vəzifələr, həmçinin perspektiv layihələr barədə məlumat verib. Qurumun əməkdaşlarından Samir Süleymanov, Fərid Əhmədov, Yaşar Hüseynəliyev və başqaları rəhbərlik etdikləri layihələr üzrə hazırlanmış videoçarxlar nümayiş etdirərək patentləşdirmə, sertifikatlaşdırma, texnoloji həll prosesləri, bazara çıxış və s. məsələlər barəsində ətraflı məlumat verib, müvafiq təkliflərini səsləndiriblər.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezidentlər – akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov da çıxış edərək innovativ layihələr üzrə tapşırıqların əhatə dairəsini daha da genişləndirmək məqsədilə fikir mübadiləsi aparıb, mülahizələrini bildiriblər.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkının rəhbərliyinə, eləcə də qurumun elmi əməkdaşlarına və mütəxəssislərinə qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, AMEA-nın brendi ilə innovativ layihələrin həyata keçirilməsinə dair müvafiq tövsiyə və tapşırıqlarını verib. Yüksək Texnologiyalar Parkında aparılan işlərin ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən elmi-texniki fəaliyyətə, quruculuq proseslərinə istiqamətləndirilməsi zəruri hesab edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA